logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şahin Məmmədov və Murtuza Gülməmmədovdan, Vladiqafqaz, Rusiya

Text size icon-size icon-size

15 fevral 2024, 10:17

Hörmətli cənab Prezident,

Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresi” adından Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan sonsuz etimadının təzahürüdür.

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq nüfuza sahib olmuşdur.

Əminik ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Azərbaycan və Rusiya arasında dostluq, tərəfdaşlıq münasibətləri daha da güclənəcək və inkişaf edəcəkdir.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirik.

Hörmətlə,

Şahin Məmmədov,

Şimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresinin” fəxri

prezidenti,

Murtuza Gülməmmədov,

Konqresin sədri.

Rusiya Federasiyası, Şimali Osetiya-Alaniya Respublikası, Vladiqafqaz şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi