Lalin Həsənovadan, Toronto, Kanada


15 fevral 2024, 10:00
Hörmətli cənab Prezident,
Növbədənkənar prezident seçkilərində əldə etdiyiniz qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu qələbə xalqın Sizə olan etimadının bariz nümunəsidir. Sizin Azərbaycanın inkişafı və işıqlı gələcəyi naminə atdığınız addımlar, xalqımızın rifahı və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması üçün bütün səylər bizi hər zaman qürurlandırıb.
Sizin komandanlığınızla qəhrəman Vətən övladlarının şücaəti sayəsində Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdaraq xalqımız Zəfər sevinci yaşadı və tariximizin şanlı səhifəsinə şahidlik etdi. Bütün bunlar Azərbaycan xalqının öz layiqli liderini müəyyən etməsində tərəddüd yaratmadı.
Cənab Prezident, prezidentlik fəaliyyətinizin yeni dövründə Sizə uğurlar arzulayır və bu uğurların ölkəmizin davamlı inkişafında müstəsna rol oynayacağına əminliyimi bildirirəm. Çox şadam ki, Qalib Xalqımız öz Qalib Liderini seçdi. Sizə bu yolda hər zaman olduğu kimi əmin adımlarla irəliləməyi arzu edirəm.
Biz azərbaycanlılar, dünyanın hər yerində daim Sizinlə qürur duyuruq və yanınızdayıq.
Yaşasın müstəqil və bütöv Azərbaycan!
Hörmətlə,
Lalin Həsənova,
Kanada “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri.
Kanada, Toronto şəhəri.