logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İslam Mirzəyevdən, Goranboy, Azərbaycan

Text size icon-size icon-size

14 fevral 2024, 18:10

Hörmətli cənab Prezident,

Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ailəmiz adından ürəkdən təbrik edir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.

Hörmətli Prezidentimiz, Sizin uğurla apardığınız daxili və xarici siyasət nəticəsində ölkəmiz günü-gündən gözəlləşir, inkişaf edir, xalqımızın rifahı yüksəlir. Müdrik siyasətinizin məntiqi nəticəsi olaraq bu gün Azərbaycan regionun ən inkişaf etmiş dövlətinə çevrilib.

Uzun illər düşmən tapdağında olan torpaqlarımız Sizin komandanlığınız altında rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunmuşdur. Azad edilmiş torpaqlarımız günü-gündən abadlaşır, keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdırlar, buna görə Sizə bir ömür boyu minnətdarıq.

Əziz Prezidentimiz, gələcək işlərinizdə Sizə yeni-yeni nailiyyətlər arzu edirəm!

Xalqımız daim Sizinlədir!

Hörmətlə,

İslam Musa oğlu Mirzəyev

Birinci Qarabağ müharibəsi iştirakçısı, əmək veteranı

Azərbaycan Respublikası, Goranboy rayonu, Qarasüleymanlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi