Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən
Text size
14 fevral 2024, 18:28
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.
Sizin yeni prezidentlik dövrünüzdə xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərimizi daha da gücləndirmək niyyətimizi bir daha bildirirəm.
Dost Azərbaycanın və onun xalqının daha çox tərəqqi və firavanlığı naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm.
Hörmətlə,
Heytəm bin Tariq Al Səid
Omanın Sultanı