Mahmud Məmmədovdan, Bakı, Azərbaycan


14 fevral 2024, 17:50
Möhtərəm cənab Prezident,
Sizi – qalib dövlətin qalib Liderini Azərbaycan Respublikası Prezidenti seçkilərində möhtəşəm qələbəniz münasibətilə təbrik edirəm. Bu qələbə həm də Sizi sevən, dəstəkləyən milyonlarla insanın, bütün Azərbaycan xalqının qələbəsidir, Sizə olan inamın sübutudur. Əslində bu bütün xalqımız üçün bayramdır. Çünki Sizin rəhbərliyiniz sabit gələcəyimizin, rifahımızın, iqtisadi yüksəlişimizin zəmanətidir. Siz Azərbaycan xalqına 30 il işğal altında qalan ata-baba torpaqlarını qaytardınız. 44 günlük Vətən müharibəsində dünyanı heyrətə gətirən parlaq qələbə sevincini yaşatdınız. Siz milyonları bir yumruq kimi birləşdirdiniz, təkcə Qarabağı deyil, milli qeyrətimizi, şərəfimizi qaytardınız.
Siz düşmənlərimizə bəyan etdiniz ki, heç kim Azərbaycan xalqı ilə diktat və ultimatum dili ilə danışa bilməz! Bu sözlərdən hər kəs öz payını götürdü.
Artıq Azərbaycanın bütün ərazilərində suverenlik tam bərpa edilib. Ətrafınızda bir yumruq kimi birləşən xalq sarsılmaz oldu. Sizin sayənizdə bu gün biz xalqımızın, övladlarımızın gözəl gələcəyinə, ölkəmizin çiçəklənməsinə tam əminik.
Siz bəyan etdiniz: “Biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq!” Azərbaycan məhz Sizin başçılığınız altında böyüdü, inkişaf etdi.
Siz – güvən yerimiz, doğrulmuş ümidlərimiz, milli qeyrət rəmzimizsiniz. Siz əsrlərdə yaşayacaq dahi Sərkərdə, Strateq, Lider adını qələbələrinizlə qazanmısınız. Nə yaxşı ki, bizim Prezidentimiz, dayağımız, varlığımızsınız.
Uca Tanrı Sizi və ailənizi qorusun.
Dərin hörmətlə,
Mahmud Məmmədov
Azərbaycan Respublikası, Bakı şəhəri.