Kəmalə Əliyevadan, Monreal, Kanada
Text size


14 fevral 2024, 17:30
Hörmətli cənab Prezident,
Cari ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Kvebek Azərbaycanlıları Assosiasiyasının üzvləri adından səmimi-qəlbdən təbrik edirəm.
Möhtəşəm qələbəniz bütün Azərbaycan xalqının Sizə olan etimadının göstəricisidir. Bu gün Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə yalnız Cənubi Qafqazda deyil, beynəlxalq aləmdə də nüfuz sahibi olan bir dövlətdir.
Cənab Prezident, Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar, nailiyyətlər və qələbələr arzu edir, xalqımıza işıqlı gələcək diləyirəm.
Hörmətlə,
Kəmalə Əliyeva, Kvebek Azərbaycanlıları Assosiasiyasının üzvü.
Kanada, Monreal şəhəri.