logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İbrahim Xasıyevdən, Aberdin, Şotlandiya

Text size icon-size icon-size

14 fevral 2024, 17:14

Hörmətli cənab Prezident,

Növbədənkənar prezident seçkilərində əldə etdiyiniz üstün qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Şübhəsizdir ki, bu qələbə xalqın Sizə olan etimadının bariz nümunəsidir. Azərbaycanın inkişafı istiqamətində atdığınız addımlarda Siz hər zaman qətiyyət nümayiş etdirmiş, xalqımızın rifahı və ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanması üçün əlinizdən gələni etmisiniz.

Cənab Prezident, Sizin müdrik idarəçiliyiniz sayəsində Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtdı. Xalqımıza yaşatdığınız Zəfər bütün azərbaycanlıların qəlbində sevinc və qürur hissi oyatmışdır. Bunun nəticəsidir ki, Azərbaycan xalqı növbədənkənar prezident seçkilərində öz layiqli liderinin - Sizin namizdəliyinizi yüksək səs göstəricisi ilə dəstəklədi.

Prezidentlik fəaliyyətinizin yeni dövründə Sizə uğurlar arzulayır və bu uğurların ölkəmizin davamlı inkişafında müstəsna rol oynayacağına böyük ümid bəsləyirəm. Çox şadam ki, Qalib Xalqımız öz Qalib Liderini seçdi və bu seçim ilə Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu. Sizə bu yolda hər zaman olduğu kimi əmin adımlarla irəliləməyi arzu edirəm.

Cənab Prezident, dünyanın istənilən yerində olmasından asılı olmayaraq daima biz azərbaycanlılar Sizinlə qürur duyuruq.

Yaşasın Azərbaycan!

Hörmətlə,

İbrahim Xasıyev,

Böyük Britaniya, Şotlandiya, Aberdin şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi