logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Britaniya Azərbaycan Cəmiyyəti və Qarabağ məktəbinin kollektivindən

Text size icon-size icon-size

14 fevral 2024, 17:08

Hörmətli cənab Prezident,

Azərbaycan vətəndaşlığı daşıyan, həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın etimadı fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində yenə Sizə oldu. Bu ümumxalq sevgisinin və etibarının arxasında Azərbaycan Respublikasının Lideri olaraq Sizin ölkəmiz və millətimiz naminə müstəsna xidmətləriniz dayanır.

Sizin rəhbərliyinizlə Azərbaycan bütün istiqamətlərdə ardıcıl və davamlı inkişafa nail olmuş, Qarabağın işğalına son qoyularaq ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş, Azərbaycan tarixinə ən parlaq səhifə kimi yazılmışdır.

Azərbaycanda keçirilmiş seçkilər xüsusi ruh yüksəkliyi, xalqın mütəşəkkilliyi və yekdilliyi, öz rəhbərinə inamı və məhəbbəti ilə seçildi ki, bu da xalqımız tərəfindən xidmətinizə verilən qiymətdir.

Siz hər zaman xaricdə yaşayan azərbaycanlılarla maraqlanırsınız, fəaliyyətimizi diqqətdə saxlayırsınız, bizə güvənirsiniz. Bu diqqət bizim üçün çox önəmlidir. Arxamızda dövlətimizin dəstəyini görür və bu hissdən qürur duyuruq.

Cənab Prezident, növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi bir daha Britaniya Azərbaycan Cəmiyyəti və Qarabağ məktəbinin şagirdlərinin valideynləri və müəllim kollektivi adından ürəkdən təbrik edir, Azərbaycanı daha qüdrətli etmək yolundakı yorulmaz işlərinizdə Sizə yeni-yeni müvəffəqiyyətlər, növbəti zəfərlər, tükənməz güc arzulayırıq. Dəstəyimiz, sevgimiz, dualarımız hər zaman Sizinlədir.

Uca Tanrı Sizi və ailənizi qorusun!

Hörmətlə,

Britaniya Azərbaycan Cəmiyyəti və Qarabağ məktəbinin müəllim kollektivi və şagirdlərinin valideynləri adından:

Fəridə Pənahova.

Böyük Britaniya, London şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi