Müstəqil Dövlətlər Birliyinin İnsan hüquqları komissiyasının sədri, Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovadan
14 fevral 2024, 15:28
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin seçkilərdə inamlı qələbəniz xalq arasında siyasi nüfuzunuzun yüksək səviyyədə olduğunu sübut etdi. Əminəm ki, dövləti fəaliyyətiniz gələcəkdə də insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi naminə Rusiya-Azərbaycan tərəfdaşlığının, Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına kömək edəcəkdir.
Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan naminə səmərəli fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Tatyana Moskalkova
Müstəqil Dövlətlər Birliyinin İnsan hüquqları komissiyasının sədri,
Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili