Pərvin Musayevadan, Abşeron, Azərbaycan


14 fevral 2024, 13:20
Möhtərəm cənab Prezident,
Bütöv Azərbaycanda, o cümlədən Xankəndidə keçirilən prezident seçkilərini izləmək neçə-neçə Azərbaycan ailəsinin, neçə-neçə igidlərimizin arzusu idi. Bu arzuya xalqımız Sizin “dəmir yumruğ”unuz, qətiyyətiniz, yenilməz Ordumuzun və şəhidlərimizin qəhrəmanlığı sayəsində çatdı. İndi bütün şəhidlərimizin ruhu şad, xalqımızın başı ucadır.
Sizin həyata keçirdiyiniz müdrik siyasət nəticəsində biz şəhid ailələri dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşuq. Əminik ki, bundan sonra da Azərbaycan Sizin rəhbərliyiniz altında böyük uğurlar əldə edəcək. Sizi növbədənkənar prezident seçkilərində qalib gəlməyiniz münasibətilə təbrik edirəm. Gələcək fəaliyyətinizdə Sizə bol-bol uğurlar arzulayıram.
Hörmətlə,
Pərvin Elçin qızı Musayeva (şəhid Sahib Musayevin həyat yoldaşı)
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.