logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Solmaz Rəhimovadan, Kosta-Rika

Text size icon-size icon-size

14 fevral 2024, 14:30

Əziz Prezidentimiz,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Bu seçki Azərbaycan xalqının Sizə sonsuz inamını və dəstəyini bir daha nümayiş etdirdi. Seçkidəki qalibiyyətiniz Azərbaycanın inkişaf yolunda irəliləyişini təmin edir. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha da inkişaf edəcək və Azərbaycanın daha da parlaq gələcəyi olacaq.

Siz müdrik rəhbər kimi beynəlxalq aləmdə nüfuz qazanmış müasir Azərbaycan dövlətinin tərəqqisi üçün çox işlər görürsünüz. Ölkəmizin hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları olaraq qalib xalqımızın qalib Lideri ilə qürur duyuruq!

Doğma Vətənimizin yüksəlişi və xalqımızın rifahı naminə bundan sonrakı fəaliyyətinizdə də Sizə yeni-yeni zəfərlər, tükənməz eneri, uğurlar arzulayıram. Sizə və ailənizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

Hörmətlə,

Solmaz Rəhimova

Kosta-Rika Respublikası.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi