logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fərhad Eyyubovdan, Edmonton, Kanada

Text size icon-size icon-size

14 fevral 2024, 16:00

Hörmətli cənab Prezident,

Kanadada yaşayan azərbaycanlılar olaraq növbədənkənar Prezident seçkilərində qalib gəlməyiniz mübasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik. Bu möhtəşəm qələbə Sizin gecə-gündüz yorulmadan Vətənimizin, dövlətimizin güclənməsi və vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdılması üçün sərf etdiyiniz gərgin əməyinizin nəticəsidir. “Xalqın gözü tərəzidir” deyimi var. Müdrik xalqımız məhz Sizi lideri kimi görmək istəyir və bunu sandıq başında bir daha nümayiş etdirdi.

Siz Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı vəsiyyətini yerinə yetirdiniz.

90-cı illərin əvvəllərində hakimiyyətdə olan səriştəsiz və yarıtmaz insanların fəaliyyəti nəticəsində böyük uğursuzluğa düçar olduq və itkilərlə üzləşdik. Başımızda Heydər Əliyev və Sizin kimi Liderimiz yox idi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra onun möhtəşəm siyasi zəkası dövlətçiliyimizi qoruyaraq iqtisadiyyatımızı dirçəltdi və regional layihələri həyata keçirdi. Siz Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək ölkəmizin inkişafını daha da sürətləndirdiniz. Nəhayət, fenomenal iradəniz və zəkanızla möhtəşəm Zəfərə nail olduq.

Cənab Prezident, biz, xaricdə yaşayan azərbaycanlılar daim Sizin siyasətinizi dəstəkləyir, Sizinlə qürur duyuruq. Hər zaman Sizin yanınızdayıq, Sizi sevirik.

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan İlham Əliyev!

Hörmətlə,

Fərhad Eyyubov,

Kanada, Edmonton şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi