logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəfael Hüseynovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

14 fevral 2024, 13:00

Hörmətli cənab Prezident,

Xalqın yüksək etimadı fevral ayının 7-də keçirilən növbədənkənar Prezident seçkilərində yenə Sizinlə oldu!

Ölkə seçicilərinin mütləq əksəriyyəti ürəklə verdikləri minnətdarlıq səsləri ilə Sizi yenidən dövlətimizin rəhbəri kimi görmək istədiyini təsdiqlədi. Bu böyük ümumxalq məhəbbəti və etibarının arxasında Sizin son 20 il ərzində Azərbaycan Respublikasının lideri olaraq ölkəmiz və millətimiz naminə müstəsna xidmətləriniz dayanır.

Azərbaycanı dünyada güclü dövlətə çevirmək, respublikanın bütün istiqamətlərdə ardıcıl və davamlı inkişafına nail olmaq, xalqın müasir tarixinin ən açılmaz düyünü olan ərazilərimizin işğalına son qoyaraq zəbt olunmuş torpaqlarımızı azad etmək, Azərbaycan insanının üzərindən qaçqınlıq və məcburi köçlcünlüyün dözülməz acısını birdəfəlik götürmək Sizin misli olmayan, tariximizdə həmişəlik qalacaq və daim sevgiylə, ehtiramla anılacaq nailiyyətlərinizdir. İndiyədək Azərbaycanda keçirilmiş bütün seçkilərdən xüsusi ruh yüksəkliyi, xalqın mütəşəkkilliyi və yekdilliyi, öz rəhbərinə xüsusi məhəbbəti ilə seçilən budəfəki növbədənkənar Prezident seçkiləri Sizin fövqəladə örnəklərinizə vətəndaşlarımızın qiymətidir.

Siz bizim üçün həm də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin böyük dostu və hamisi kimi çox əzizisiniz. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bu gün fəaliyyətlərini uğurla davam etdirirsə, ölkəmizin, milli-mənəvi dəyərlərimizin, mədəni sərvətlərimizin ölkə daxilində və xaricdə təbliğinə layiqli töhfələrini verə bilirsə, buna görə də Sizə borcluyuq. Çünki məhz Sizin bilavasitə diqqətiniz və qayğınızla Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi əsaslı şəkildə bərpa və təmir edilərək, ən müasir tələblərə cavab verən şəkildə yenidən qurularaq təzə ömrünü başlamışdır.

Hörmətli cənab Prezident!

Növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibəti ilə Sizi ürəkdən təbrik edir, Azərbaycanı daha qüdrətli etmək yolundakı əzəmətli işlərinizdə Sizə yeni-yeni müvəffəqiyyətlər, növbəti zəfərlər, tükənməz güc arzulayırıq!

Məhəbbətimiz hər zaman Sizinlədir!

Dərin hörmət və ehtiramla,

Rəfael Hüseynov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi