Rauf Abdullayevdən, Bakı, Azərbaycan


14 fevral 2024, 14:00
Möhtərəm cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Biz, incəsənət xadimləri daim Sizin böyük qayğı, diqqət və himayənizi hiss edir, Sizi dəstəkləyir və Sizinlə fəxr edirik.
Rəhbərliyinizlə ölkəmizdə digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əsaslı islahatlar aparılmışdır. Azərbaycan mədəniyyətinin inkişafına töhfə verdiyiniz üçün Sizə minnətdarlığımızı bildiririk.
Sizə möhkəm cansağlığı, səadət, Azərbaycanımızın yüksəlişi naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Rauf Abdullayev
Xalq artisti
Azərbaycan Respublikası, Bakı şəhəri.