logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Həqiqətləri Uğrunda Koalisiyadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

14 fevral 2024, 15:11

Möhtərəm cənab Prezident,

Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və Zati-alinizin yenidən Prezident seçilməsi münasibətilə Sizə səmimi təbriklərimizi çatdırırıq.

Azərbaycan Respublikasının suverenliyinin bərpasından sonra ilk dəfə ölkəmizin bütün ərazilərində bu seçkinin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azad edilmiş torpaqlarımıza qayıdışın sevincini yaşayan xalqımız seçimində bir daha müdrik qərar verdi, Vətənimiz üçün yorulmadan çalışan rəhbərini yenidən Prezident seçdi.

Sizin uzaqgörən siyasətiniz, yüksək diplomatik bacarığınız sayəsində bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Əminik ki, Vətənimiz və xalqımız Sizin rəhbərliyinizlə bütün sahələrdə yeni nailiyyətlər əldə edəcəkdir.

Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlar, Vətənimiz Azərbaycana tərəqqi, xalqımıza xoşbəxtlik və əmin-amanlıq arzu edirik.

Dərin hörmət və ehtiramla,

Azərbaycan Həqiqətləri Uğrunda Koalisiyanın üzvləri:

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova,

“Vətəndaşların sosial rifahı naminə” İctimai Birliyinin sədri İradə Rıza-zadə,

“Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə Məhərrəmova,

“Mirzə Ələkbər Sabir Fondu”nun prezidenti Sevda Tahirli,

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov,

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova,

“Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”nın icraçı direktoru Gülnarə Hüseynova,

“Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Gəray Əlibəyov,

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyinin sədri Firuzə Babayeva,

“Qərbi Azərbaycan azadlıq təşkilatı” İctimai Birliyinin sədri Əli Vəliyev.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi