logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Cəlal Abdullayevdən, Novorossiysk, Rusiya

Text size icon-size icon-size

14 fevral 2024, 12:33

Hörmətli cənab Prezident,

Rusiya Federasiyasında fəaliyyət göstərən “Krasnodar diyarı Azərbaycanlıları Birliyinin” üzvləri Sizi seçkilərdə inamlı qələbəniz münasibətilə dərin hörmət hissi ilə təbrik edir.
Biz Sizin Azərbaycanda və beynəlxalq siyasətdə böyük nüfuzunuzla fəxr edirik. Çox şadıq ki, Siz Rusiya və digər ölkələrlə dostluq münasibətlərinin saxlanmasına böyük diqqət yetirirsiniz. Sizin düşünülmüş siyasətiniz sayəsində Azərbaycan regionda sülhün qarantı sayılır.
Sizə Azərbaycan Respublikasının inkişafı və çiçəklənməsi yolunda şərəfli fəaliyyətinizdə davamlı uğurlar və tükənməz enerji arzulayırıq.

Hörmətlə,

Cəlal Camal oğlu Abdullayev - Rusiya Federasiyasında fəaliyyət

göstərən “Krasnodar diyarı Azərbaycanlıları Birliyinin” sədri

Rusiya Federasiyası, Novorossiysk şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi