Gülnar Abdullayevadan, Abşeron, Azərbaycan


14 fevral 2024, 11:33
Hörmətli cənab Prezident,
İlk dəfə bütöv Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanmağınız münasibətilə Sizi təbrik edirəm. Bir şəhid xanımı kimi ölkəmizin hər bir bölgəsində, xüsusən də işğaldan azad olunmuş tarixi torpaqlarımızda da azad, demokratik seçkilərin keçirilməsi, vətəndaşların sərbəst seçimləri üçün hər cür şəraitin yaradılması məni qürurlandırdı.
Sizin bu günə qədər xalq qarşısında verdiyiniz vədlər yerinə yetirilib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməyiniz, o cümlədən yüksək Liderlik keyfiyyətləriniz, uzaqgörən siyasətiniz, qətiyyətiniz və Şanlı ordumuzun qəhrəman oğullarının sayəsində bu gün müqəddəs bayrağımız vətənimizin hər bir yerində dalğalanır. Sizin rəhbərliyinizlə xalqımıza daim qələbə və uğurlar arzulayıram.
Hörmətlə,
Gülnar Abdullayeva, şəhidin həyat yoldaşı.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.