Zamir İsmayılovdan, Mirqorod, Ukrayna


14 fevral 2024, 11:56
Hörmətli cənab Prezident,
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Mirqorod şəhər və Mirqorod rayon təşkilatının. üzvləri adından Sizi 2024 ci il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qələbə qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Əmin idik ki, Azərbaycan Respublikasının vətəndaşlarının, dünya azərbaycanlılarının seçimi güclü, ədalətli, müzəffər, qətiyyətli Lider olacaq.
Bundan əvvəlki fəaliyyətiniz dövründə apardığınız müdrik siyasətin və qəhrəman Ordumuzun gücü sayəsində separatizmə son qoyuldu, mənfur düşmənlər Azərbaycanın tarixi torpaqlarından çıxarıldı. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.
Bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Sizin uğurlu fəaliyətiniz Azərbaycanımızı daha da parlaq gələcəyə aparacaq.
Ukraynada yaşayan azərbaycanlılara göstərdiyiniz diqqət və qayğı üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Bu ölkədə çətin dövrdə yaşasaq da biz milli maraqlarımızı qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik. Sizə arxalaranaq Qalib dövləti, qalib xalqı təmsil etmək bizim üçün qürurverici hissdir. Siz dünya azərbaycanlılarının Prezdentisiz.
Qalib Xalqın, Qalib Lideri!
Zəfərlərə davam!
Hörmətlə,
Zamir İsmayılov,
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Mirqorod şəhər və Mirqorod rayon təşkilatının sədri.
Ukrayna, Mirqorod şəhəri.