logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əli Kazımovdan, Moskva, Rusiya

Text size icon-size icon-size

14 fevral 2024, 11:00

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində Sizin qazandığınız inamlı qələbənin beynəlxalq mətbuatın diqqət mərkəzində olması hər

birimizi sevindirdi.

Böyük iftixar hissi ilə Moskva şəhərinin qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin üzvləri olaraq fevralın 7-də keçirilmiş prezident seçkilərində mütləq səs çoxluğu ilə qələbə qazanmağınız münasibətilə Sizi təbrik edirik.

Son 20 ildə Azərbaycanda böyük irəliləyiş əldə olunub. İqtisadi göstəricilər Azərbaycanın real uğurlarını əks etdirir. Əhalinin həyat səviyyəsinin yaxşılaşması, yoxsulluğun aradan qaldırılması istiqamətində ciddi işlər görülmüşdür. 7 fevral seçkilərinin nəticələri onu göstərir ki, xalqımız məhz Sizin müdrik rəhbərliyinizlə dövlətimizin uğurlarının davam etdirilməsini istəyir. Bununla Azərbaycan xalqı Sizə olan sonsuz inam və sevgisini bir daha nümayiş etdirdi.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirik.

Hörmətlə,

Əli Kazımov, Moskva şəhərinin qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni

Muxtariyyətinin sədri.

Rusiya Federasiyası, Moskva şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi