logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Hacı İsmayılovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

14 fevral 2024, 09:55

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi – ölkəmizin yüksəlişi naminə yorulmadan çalışan görkəmli dövlət xadimini, müzəffər Ordumuzun Ali Baş Komandanını, Vətənimizin mərd, ləyaqətli Oğlunu Azərbaycan Teatr Xadimləri İttifaqının çoxsaylı üzvləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Qürur hissi ilə bildirmək istəyirəm ki, Qarabağımızın dirçəldilməsi uğrunda möhtəşəm fəaliyyətiniz, düşmənin bağrına od salan ordumuza uğurlu rəhbərliyiniz, daxili və xarici siyasət sahəsində qazandığınız nailiyyətlər, xalqımızın rifahının yaxşılaşdırılması üçün gördüyünüz böyük işlər Azərbaycanımızın əmin əllərdə olduğunu bütün dünyaya sübut etdi. Ölkəmizin yüksəlişi naminə uğurlu fəaliyyətinizlə Siz vətəndaşların böyük etibarını qazandınız və prezident seçkilərində birmənalı olaraq xalq öz səsini Sizə verdi.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, könül xoşluğu, xalqımızın xoş gələcəyi, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi naminə çətin, şərəfli və məsuliyyətli işinizdə davamlı uğurlar arzulayıram.

Hörmətlə,

Sizi daim dəstəkləyən Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra edən

Hacı İsmayılov,

Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi