logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən

Text size icon-size icon-size

13 fevral 2024, 20:10

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Səsvermənin nəticələri Azərbaycanın qarşısında xidmətlərinizin təsdiqinin, əhalinin rifahının yüksəlməsinə, beynəlxalq aləmdə ölkənin nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş kursunuza birmənalı dəstəyin əyani sübutudur.

Rusiya ilə Azərbaycan arasında geniş əməkdaşlığın inkişafına Sizin şəxsi töhfəniz çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, müttəfiqlik qarşılıqlı əlaqələrinin gələcəkdə də hərtərəfli genişləndirilməsi xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

Hörmətli İlham Heydər oğlu, Sizə yeni uğurlar, Azərbaycan vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzu edirəm.

Ən xoş arzularla,

 

Dmitri Medvedev

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi