Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti, Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının sədri Həsən Mirzəyevdən
13 fevral 2024, 19:29
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının, Rusiya Vəkillər Gildiyasının, H.B.Mirzəyev adına Rusiya Vəkillik və Notariat Universitetinin adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Ümumxalq səsverməsinin nəticələri Sizin çoxprofilli islahatlar kursunuza tam etimadın parlaq nümunəsi və milli birlik, ərazi bütövlüyü, dövlətin dinamik inkişafının təmin edilməsində xidmətlərinizin qiymətləndirilməsi oldu.
Azərbaycan Sizin səmərəli rəhbərliyinizlə irimiqyaslı siyasi, iqtisadi islahatlar, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla addımlayır və aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir. Azərbaycan ilə Rusiya, iki dövlətin başçıları arasında etimada, qarşılıqlı hörmətə, anlayışa və dəstəyə əsaslanan əlaqələrin olması bizi sevindirir. Rusiya və Azərbaycan xalqlarının münasibətləri qədim tarixə malikdir və zamanın sınağından keçib. İki xalq arasında dostluq körpüləri möhkəm və sarsılmazıdır, ortaq mədəni və tarixi dəyərlərə, həmçinin sıx iqtisadi və siyasi əlaqələrə əsaslanır.
Sevindirici haldır ki, Siz atanızın – Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin layiqli davamçısısınız, onun Azərbaycanın inkişafı ilə bağlı ideyalarını həyata keçirirsiniz. Bir soydaş kimi mən bununla fəxr edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni-yeni nailiyyətlər arzulayıram.
Dərin hörmətlə,
Həsən Mirzəyev
Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının prezidenti,
Beynəlxalq Rusiyalı Həmvətənlər Şurasının sədri,
Rusiya Federal Vəkillər Palatasının vitse-prezidenti
Rusiya Vəkillər Gildiyasının prezidenti,
H.B.Mirzəyev adına Rusiya Vəkillik və Notariat Universitetinin rektoru, Rusiya Federasiyasının Əməkdar hüquqşünası,
hüquq elmləri doktoru, professor, Rusiyanın fəxri ədliyyə işçisi