Reyhan Zeyniyevadan, Abşeron, Azərbaycan


13 fevral 2024, 19:11
Hörmətli cənab Prezident,
İlk əvvəl Azərbaycan Respublikasının Milli Qəhrəmanı Ələkbər Əliyevin həyat yoldaşı və dörd övladı adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu nəticə xalqımızın doğru seçimidir, çünki Siz ölkəmizin tərəqqisi, xalqımızın rifahı üçün çalışırsınız. Sizin uzaqgörən və müdrik siyasətiniz sayəsində gələcəkdə də gözəl naliyyətlər əldə olunacağına inanıram.
Bundan əlavə bizə yaşatdığınız tarixi qələbə üçün təşəkkürümüzü bildiririk. Bu, bizim xalqımızın necə mərd, necə qorxmaz bir xalq olduğunu dünyaya göstərdi. Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini davam etdirərək onun və xalqımızın ən böyük arzusunu yerinə yetirdiniz. Bu qələbə ilə xalqımıza sevinc bəxş etməklə bərabər şəhidlərimizin qanını yerdə qoymadınız, onların ruhlarını şad etdiniz.
Milli Qəhrəman ailəsi olaraq şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Hər bir dərdimizə şərik olur, çətinliklərin aradan qaldırılmasına çalışırsınız. Sizin göstərişinizlə biz şəhid ailələrinə xüsusi diqqət ayrılır. Şəhid ailələri ilə yanaşı bütün vətəndaşlarımıza qayğı göstərilir.
Cənab Prezident, düşünülmüş addımlarınız sayəsində Azərbaycanımız gündən-günə inkişaf edir.
Bu gün artıq biz bütöv Azərbaycanın vətəndaşlarıyıq və bu uğuru Siz bizə bəxş etdiniz. Əminəm ki, ölkəmiz Sizin sayənizdə daha da inkişaf edəcək.
Sizinlə yanaşı Mehriban xanım Əliyeva da vətəndaşların çətinliklərinə daim qayğı ilə yanaşır, xeyriyyə tədbirləri həyata keçirir. Göstərilən diqqətə görə Sizə və Mehriban xanıma öz ailəmiz adından təşəkkürümüzü bildiririk.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, ali dövləti fəaliyyətinizdə bütün məqsədlərə nail olmağınızı və həyatınızda daim firavanlıq arzulayıram.
Hörmətlə,
Reyhan Zeyniyeva, şəhidin həyat yoldaşı.
Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.