Hökumə Həsənovadan, Laçın, Azərbaycan


13 fevral 2024, 18:50
Möhtərəm cənab Prezident,
Sizi qalib ölkənin qalib Lideri kimi təbrik edirəm. Ali Baş Komandan olaraq Siz 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanmaqla ərazi bütövlüyümüzü bərpa etməyə müvəffəq olduğunuzu bütün dünyaya sübut etdiniz. Siz bizim qürur mənbəyimiz, təmənnasız sevdiyimiz müzəffər Ali Baş Komandanımızsınız!
Böyük fərəh hissi ilə Sizi doğma vətənimizdən – Laçın şəhərindən salamlayır, gələcək fəaliyyətinizdə uğurlarınızın bol olmasını diləyirik. Azərbaycan xalqı hər zaman Sizin yanınızdadır.
Daim dualarımızdasınız, əziz Prezidentimiz!
Hörmətlə,
Hökumə Qulu qızı Həsənova
Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin həyat yoldaşı
Azərbaycan Respublikası, Laçın şəhəri.