Şəmsəddin Hüseynovdan, Aktau, Qazaxıstan


14 fevral 2024, 09:36
Hörmətli cənab Prezident,
İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Qazaxıstan Respublikasının Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” Etno-mədəni Birliyinin üzvləri adından ən səmimi təbriklərimi çatdırım. Seçkilərdə inamlı qələbəniz Azərbaycan xalqının Sizə inamını və etimadını, rəhbərliyinizlə ölkədə həyata keçirilən inkişaf kursuna dəstəyini əks etdirir.
Xalqımız əmindir ki, Sizin rəhbərliyinizlə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən qərarların qəbulunda yenə də müdriklik, cəsarət və qətiyyət müşayiət olunacaq. Biz fəxr edirik ki, Azərbaycan üçün tarixi əhəmiyyətli bu məqamda ölkəmizə rəhbərlik edirsiniz və çətinlikləri, qarşıya çıxan maneələri qətiyyətlə dəf edirsiniz.
Sizin rəhbərliyinizlə ötən 20 il ərzində ölkəmiz böyük inkişaf yolu keçmiş, tarixi hadisələrə, zəfərlərə şahidlik etmişdir. Sizin zəngin təcrübəniz və əzmkarlığınız bundan sonra da ölkəmizin çiçəklənməsinə, mövqelərinin və nüfuzunun beynəlxalq aləmdə möhkəmlənməsinə xidmət edəcəkdir.
Bu əlamətdar günlərdə Sizə möhkəm cansağlığı, səmərəli fəaliyyət və Azərbaycanın inkişaf yolunda yeni nailiyyətlər arzulayırıq!
Hörmətlə,
Hüseynov Şəmsəddin, Aktau şəhərindəki “Dostluq” Etno-mədəni Birliyinin sədri.
Qazaxıstan Respublikası, Aktau şəhəri.