logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əli Bədirovdan, Tbilisi, Gürcüstan

Text size icon-size icon-size

14 fevral 2024, 09:43

Hörmətli cənab Prezident,

2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qələbəniz münasibətilə Sizi – Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən

qalib Liderimizi Gürcüstanda fəaliyyət göstərən “Qanun” Hüquqi Yardım Mərkəzinin kollektivi adından təbrik edirəm.

Dünya azərbaycanlılarının adını qalib xalqlar siyahısına qızıl hərflərlə yazan, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edən Liderin qələbə qazanması təbii idi. Bu Sizin

siyasətinizin müdrikliyinə Azərbaycan xalqının inamını bir daha sübut etdi.

Gürcüstanda yaşayan azərbaycanlılar olaraq biz Sizi çox sevirik.

Sizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq!

Hörmətlə,

Əli Bədirov

“Qanun” Hüquqi Yardım Mərkəzinin baş direktoru

Gürcüstan, Tbilisi şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi