logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ceyran Qurbanovadan, Tbilisi, Gürcüstan

Text size icon-size icon-size

14 fevral 2024, 09:38

Hörmətli cənab Prezident,

Ərazi bütövlüyümüzün bərpasında rolunuza yekun siyasi qiymət vermiş növbədənkənar prezident seçkisində qələbəniz münasibətilə Sizi təbrik edirik. Bu qələbəniz bir daha sübut etdi ki, xalqımızın Sizə olan inamı, güvəni sarsılmaz və daimidir.

Müasir dövrün tələblərinə uyğun apardığınız uğurlu siyasət Azərbaycanın inkişafına böyük töhfəsini verir və ölkəmiz bir çox sahələrdə dünyada və regionda lider qismində öz sözünü deyir.

Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olaraq Sizə növbəti Prezidentlik dönəmində müvəffəqiyyətlər arzulayırıq!

Prezidentimiz xalqa, xalqımız isə Prezidentimizə dayaqdır!

Hörmətlə,

Ceyran Qurbanova

Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli Gənclərin Mədəniyyət Mərkəzinin sədri

Gürcüstan, Tbilisi şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi