logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xansıvar Baxşəliyevdən, Bişkek, Qırğız Respublikası

Text size icon-size icon-size

14 fevral 2024, 09:30

Hörmətli İlham Heydər oğlu,

Biz - Qırğız Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri böyük məmnuniyyətlə Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür arzulayır, hörmətimizi və tam dəstəyimizi bildiririk!

Siz atanızın - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli övladı kimi iki yüz ildən sonra ilk dəfə olaraq xalqımıza öz tarixi ata-baba torpaqlarını qaytarmış Rəhbərsiniz.

Cənab Prezident, məhz Sizin sayənizdə bütün dünyada azərbaycanlılar başı dik, qürurlu gəzirlər. Biz - xaricdə yaşayan azərbaycanlılar hər zaman tarixi Vətənimizin dəstəyini hiss edir və fəxr edirik ki, Sizin prezidentliyinizlə Azərbaycan bütün dünya ölkələrinin hesablaşdığı, həm iqtisadi, həm də hərbi cəhətdən güclü dövlətə çevrilib.

Bütün bunlar Sizin - Azərbaycan Respublikası Prezidentinin, Ali Baş Komandanının, xalqımızın müzəffər Liderinin uzaqgörən və ağıllı siyasəti sayəsində baş verib.

Hörmətlə,

Baxşəliyev Xansıvar, Qırğızıstandakı “Birlik” Azərbaycanlıların İctimai Birliyinin sədri

Qırğız Respublikası, Bişkek şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi