logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sevinc Bağırovadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

13 fevral 2024, 18:37

Möhtərəm cənab Prezident,

Bakı Nobel İrsi Fondunun kollektivi adından Sizi növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə təbrik edirik. Bu, xalqın Sizə sonsuz etimadının təzahürüdür.

Cəbhədə qazandığınız parlaq qələbə – Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağ Zəfəri müdrik dövlət başçımızın, qalib sərkərdəmizin doğma xalqımıza bəxş etdiyi əvəzsiz hədiyyədir. Xalqımız Sizi – yeni tarix yazan sərkərdəsini növbəti dəfə Prezident seçməklə öz rəhbərinə olan inamını bir daha sübut etdi. Sizin rəhbərliyinizlə yeni-yeni uğurlara imza atacağıq.

Bu gün vətəndaşlar Sizə məhkəmə-hüquq sistemində aparılan köklü dəyişikliklərə əsaslanan, ölkədə “iqtisadi möcüzə”ni gerçəkləşdirməyə qadir olan yeganə rəhbər kimi inanırlar. Sizə möhkəm cansağlığı və Azərbaycan xalqının rifahının daha da artması yolunda fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Sevinc Bağırova

Bakı Nobel İrsi Fondunun sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi