logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Dövlət Bayrağı Meydanında və onun ətrafında görülən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olmuşdur

Text size icon-size icon-size

11 oktyabr 2012, 18:45

Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanında və onun ətrafında görülən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olmuşdur.

Prezident İlham Əliyevə layihə üzrə görülən işlər barədə məlumat verildi. Bakı bulvarının genişləndirilmiş hissəsində paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün ən müasir şəraitin yaradılması istiqamətində işlərin davam etdirildiyi bildirildi. 

Bakı bulvarının genişləndirilmiş hissəsində həyata keçirilən abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi