logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vüsal Abdullazadə və başqalarından, Bakı, Azərbaycan

Text size icon-size icon-size

13 fevral 2024, 18:23

Hörmətli cənab Prezident, cənab Ali Baş Komandan!

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasındakı rəsmi və səlahiyyətli nümayəndəliyi adından səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Cənab Prezident, qalib dövlətin vətəndaşı olmağı bizə nəsib etdiyiniz üçün, Xocalı qurbanlarının və bütün şəhidlərimizin qanını yerdə qoymadığınız üçün Sizə və Ordumuza minnətdarıq. Səsimiz hər zaman Sizinlədir.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycanımızın tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə bol-bol uğurlar diləyirik.

Allah Sizi və ölkəmizi qorusun!

Hörmətlə,

Abdullazadə Vüsal Sədyar oğlu,

Dünya Fudokan Federasiyasının Azərbaycan Respublikasındakı rəsmi və səlahiyyətli nümayəndəsi,

İdarə Heyətinin üzvləri:

Əliyev Məmməd Ağalar oğlu,

Gözəlov Aqil İsa oğlu,

Mahmudov Bəşir Mahmud oğlu,

Soltanov Aqil Salman oğlu,

Ələkbərov Samir Ələsgər oğlu,

Əlirzayev Mehman İlyas oğlu,

Əliyeva Aytən Aşur qızı,

İsmayılova Nəsibə İsrafil qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi