logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mehman Əliyevdən, Krasnodar, Rusiya

Text size icon-size icon-size

13 fevral 2024, 17:53

Hörmətli cənab Prezident,

Sizin yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə təbrik edir, ən xoş arzularımı bildirirəm.

Bu gün Azərbaycanın siyasi, iqtisadi, hərbi və digər sahələrdə əldə etdiyi nailiyyətlər, regionun ən qabaqcıl ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə söz sahibi olması Sizin əvəzsiz xidmətinizdir və bu bizi - Vətəndən uzaqda yaşayan azərbaycanlıları həm sevindirir, həm də qürurlandırır.

İşğaldan azad edilən ərazilərimizdə sürətlə gedən yenidənqurma və bərpa işləri dövlətimizin gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirir.

Cənab Prezident, Sizin siyasətinizi hər zaman dəstəkləyir, fəaliyyətiniz nəticəsində gündən-günə çiçəklənən, inkişaf edən, müstəqilliyini möhkəmləndirən Azərbaycanla fəxr edirik.

Sizə və əziz ailə üzvlərinizə möhkəm cansağlığı, səadət, qarşıya qoyduğunuz ali məqsədlərə çatmaq üçün uğurlar arzulayıram.

Dərin hörmətlə,

Əliyev Mehman

Rusiya Federasiyası, Krasnodar şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi