Emiliya Cəbrayılovadan, London, Böyük Britaniya


13 fevral 2024, 17:39
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
7 fevralda keçirilmiş seçkilərdə qazandığınız qələbə Azərbaycan xalqının Sizin liderliyinizə olan inamını təcəssüm etdirir. Azərbaycanın inkişafı və tərəqqisinə verdiyiniz töhfələr ölkənin sosial-iqtisadi inkişafında, sabitliyin qorunub saxlanmasında və beynəlxalq əməkdaşlığın gücləndirilməsində yorulmaz səylərinizlə özünü büruzə verir.
Sizin rəhbərliyinizlə Azərbaycan müxtəlif sahələrdə, o cümlədən iqtisadi və diplomatik sferada nəzərəçarpacaq dərəcədə uğur əldə edib. Azərbaycan xalqının rifahı, eyni zamanda ölkəmizin tərəqqisi naminə göstərdiyiniz əzmkarlıq öz töhfəsini verib.
Əminəm ki, yeni Prezidentlik dövründə də Sizin rəhbərliyiniz altında Azərbaycan bundan sonra da güclənəcək, daha böyük nailiyyətlərə imza atacaqdır.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Emiliya Cəbrayılova
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, London şəhəri.