Xuraman Şabanovadan, Zaqatala, Azərbaycan


13 fevral 2024, 15:43
Möhtərəm cənab Prezident,
Sizi möhtəşəm qalibiyyətiniz münasibətilə Zaqatalanın ziyalı xanımları adından təbrik edirik. Arzu edirik ki, canınız daim sağlam, ömrünüz uzun olsun. Bu xalq üçün, bu torpaq üçün etdiklərinizə görə Sizə “çox sağ olun!” deyirik.
Qoy, Vətən torpağına möhkəm basan addımınız, düşmənin gözünə sərt baxan baxışınız, dünyanı heyran qoyan iradəniz, vətən sevginiz heç vaxt tükənməsin, cənab Prezident.
Cənab Ali Baş Komandanımız, biz dünyanın ən xoşbəxt qadınlarıyıq. Çünki bizim arzularımızı həyata keçirən Liderimiz var. Siz xalqımızın illərdən bəri ürəyində qalmış arzularını cəmi 44 gün ərzində gerçəyə, reallığa çevirdiniz. Xalqımıza yönələn haqsız ittihamların qarşısında sinənizi sipər etdiniz, ata vəsiyyətinə sadiq qaldınız. Siz Zaqatala analarına oğul, Zaqatala qadınlarına qardaşsınız.
Müdrikimiz, adilimiz, böyük xalqın böyük Oğlu, tariximizdə ən yüksək zirvəni fəth edən Prezidentimiz! Həmişə var olun!
Qoy, Sizin atdığınız hər bir addım gələcəyə yeni cığırlar açsın, xalqımızı ucalıqlarda yaşatsın!
Hörmətlə,
Şabanova Xuraman
Azərbaycan Respublikası, Zaqatala şəhəri.