Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Nquyen Minh Çietə
Text size
01 sentyabr 2010, 18:02
Hörmətli cənab Prezident,
Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 avqust 2010-cu il