Nəcəf Əhmədovdan, Dnepr, Ukrayna


13 fevral 2024, 13:00
Müzəffər Ali Baş Komandan!
Azərbaycan xalqı fevralın 7-də keçirilən prezident seçkilərində öz birliyini və həmrəyliyini bir daha əyani nümayiş etdirdi. Dünya liderlərinin və digər yüksək vəzifəli şəxslərin Sizin yenidən Prezident seçilməyiniz münasibətilə təbriklərini oxumaq qürurvericidir. Konqresimizin üzvləri adından Sizi prezident seçkilərində qazandığınız mütləq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin yürütdüyünüz düşünülmüş siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxalq aləmdə dinamik inkişaf edən ölkə kimi tanınır. Siz 30 illik erməni işğalına son qoyan şanlı qələbənin memarı olaraq adınızı tarixə qızıl hərflərlə yazdırdınız. Danılmaz faktdır ki, Azərbaycan xalqı hər zaman Sizin ətrafınızda sıx birləşib. Dünya azərbaycanlılarının Sizə etimadı sarsılmazdır.
Doğma Azərbaycanımızın inkişafı və yeni nailiyyətlər yolunda Sizə uğurlar arzu edirəm!
Hörmətlə,
Nəcəf Əhmədov
Ukraynanın Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin sədri
Ukrayna, Dnepr şəhəri.