Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanovdan
13 fevral 2024, 11:11
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin yenidən Prezident seçilməyiniz ölkə vətəndaşları arasında şəksiz nüfuzunuzu və Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətinizə verilən yüksək qiyməti təsdiq etdi.
Əminəm ki, Sizin köməyinizlə ölkələrimiz arasında çoxplanlı əməkdaşlığın mühüm tərkib hissəsi olan Rusiya-Azərbaycan dialoqu gələcəkdə də inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, cansağlığı və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Gennadi Züqanov
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında
Kommunist Partiyası fraksiyasının rəhbəri