Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən
12 fevral 2024, 18:14
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Əminəm ki, birgə səylərimizlə Latviya və Azərbaycan arasında yaxşı və konstruktiv münasibətlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etməkdə davam edəcəkdir. İnanıram ki, bizim sağlam dialoqumuzun davamlı inkişafı ölkələrimiz və xalqlarımızın uzunmüddətli maraqlarına xidmət edəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, enerji və ali dövləti vəzifənizin icrasında uğurlar, həmçinin ölkənizə və onun xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Edqars Rinkeviçs
Latviya Respublikasının Prezidenti