Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən
12 fevral 2024, 16:14
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Seçkilərdəki qələbəniz Azərbaycanın daxili və xarici siyasətində müstəsna dərəcədə uğurlu fəaliyyətinizin bariz göstəricisidir. Həyata keçirdiyiniz müstəqil və qətiyyətli siyasət sayəsində Azərbaycan dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirmiş, regionda aparıcı dövlətlərdən birinə çevrilmişdir.
Seçkilərdən sonra Sizinlə görüşümü məmnuniyyətlə xatırlayıram. Sizin Türk dünyasına verdiyiniz xüsusi önəm, Türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olması Türk birliyi və həmrəyliyinin, habelə Türk Dövlətləri Təşkilatının bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə mühüm töhfədir.
Sizə möhkəm cansağlığı arzu edir, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm.
Dərin hörmətlə,
Kubanıçbek Ömüralıyev
Türk Dövlətləri Təşkilatının Baş katibi