logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoydan

Text size icon-size icon-size

12 fevral 2024, 12:37

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Seçkilərdə böyük uğurunuz və Azərbaycan Respublikası Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Siz iyirmi il bundan əvvəl öz xalqınıza Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinizə söz vermişdiniz və bu vədi tam yerinə yetirdiniz.

Bu gün Azərbaycan dünya birliyində mühüm rol oynayır. Bu xüsusda ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri daha dəyərlidir.

Həqiqətən də Sizin üçün, Azərbaycan üçün çox sevinirəm. Atanız Sizinlə fəxr edərdi. Bundan yüksək nə ola bilər?!

Sizə ən xoş diləklərimi çatdırıram.

Səmimiyyətlə Sizin,

 

Mixail Şvıdkoy

Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi