logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Almaz Məmmədovdan, Qardabani, Gürcüstan

Text size icon-size icon-size

12 fevral 2024, 13:44

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəniz və yeni müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə öz təbriklərimizi çatdırırıq.

Sizin rəhbərliyinizlə işğal altında olan tarixi Azərbaycan torpaqları işğaldan azad edilərək, ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Azərbaycan Respublikasının bütün ərazisində keçirilən tarixi seçkilərdə parlaq qələbə qazandınız. Bu qələbə bütün dünya azərbaycanlılarının olduğu kimi, Gürcüstan azərbaycanlılarının da böyük sevincinə səbəb oldu. Siz Azərbaycanın və bütün dünya azərbaycanlılarının əmin-amanlığı, rifahı üçün fəaliyyət göstərirsiniz. Bizlərə göstərdiyiniz bu diqqət və qayğı üçün Sizə öz dərin təşəkkürümüzü bildiririk. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan daim uğurlara nail olacaq.

Cənab Prezident, bir daha inamlı qələbəniz münasibətilə təbrik edirik, Azərbaycanı yüksək zirvələrə aparan yolda uğurlar arzulayırıq.

Hörmətlə,

Almaz Məmmədov, Real News Media Holding QHT-nin sədri.

Gürcüstan, Qardabani.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi