Səttar Kərimovdan, Münxen, Almaniya
12 fevral 2024, 12:55
Hörmətli cənab Prezident,
Fevralın 7-də xalqımız, dövlətimiz, vətənimiz üçün çox vacib bir hadisə baş verdi, Siz bir daha Azərbaycan Respublikasının Prezidenti seçildiniz. Düşünürük ki, xalqımız Vətənimiz üçün ən doğru seçimi etdi.
Xalqımızın xoşbəxtliyi bundadır ki, müstəqil olduqdan sonra güclü Liderin – Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf yoluna başlamış, müstəqillik həyatında çox böyük inkişafa nail olmuşdur. Ümummilli Liderin layiqli davamçısı olaraq Siz xalqımızın, dövlətimizin, Azərbaycanımızın tarixi nailiyyətlər qazanmasında misilsiz rol oynadınız. Məhz Sizin müdrik və uzaqgörən siyasətiniz, Ordumuzun, igidlərimizin cəsurluğu, qətiyyəti, rəşadəti, liderlərinə olan inamı sayəsində Azərbaycan haqq mübarizəsini uğurla başa vurmuş, gücünü bütün dünyaya göstərmişdir. Bizə bu qələbəni, qüruru və xoşbəxtliyi yaşatdığı üçün şəhidlərimizə bir daha Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayır və Qalib sərkərdəmizə - Sizə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, bu gündən sonra da Siz bu uğurları, nailiyyətləri davam etdirəcəksiniz.
Cənab Prezident, növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Münxen azərbaycanlıları adından ürəkdən təbrik edir, bu məsul vəzifənizdə uğurlar arzulayırıq. Azərbaycan xalqı olaraq hər zaman arxanızdayıq.
Hörmətlə,
Kərimov Səttar, Almaniyada fəaliyyət göstərən Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin rəhbəri.
Almaniya Federativ Respublikası, Münxen şəhəri.