logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kaniliadan

Text size icon-size icon-size

12 fevral 2024, 09:51

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimizi çatdırırıq.

Biz Azərbaycan xalqının bu qələbə ilə bağlı sevincini və məmnunluq hissini bölüşürük. Bu, Azərbaycan xalqının Sizə və liderliyinizə olan inam və etibarının, hörmətinin göstəricisidir.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan mühüm iqtisadi, sosial və siyasi məqsədlərə nail olmaqla bütün sahələrdə yüksək irəliləyişlər əldə edib.

Əminik ki, Siz ölkənizi bundan sonra da qətiyyətiniz və uzaqgörənliyinizlə idarə edərək sülh, firavanlıq və rifah şəraitində daha parlaq gələcəyə doğru aparacaqsınız. Sizə, Azərbaycan dövlətinə və xalqına uğurlar diləyir, ən xoş arzularımızı çatdırırıq.

Dərin hörmət və səmimiyyətlə,

 

Cuzeppe Kanilia

İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi