logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib

Text size icon-size icon-size

11 fevral 2024, 11:28

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Səudiyyə Ərəbistanının SPA agentliyinin bununla bağlı yaydığı məlumatda bildirilib ki, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud dövlətimizin başçısına səmimi təbriklərini çatdırıb, ona uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və firavanlıq arzulayıb.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi