Səfər Əhmədovdan, Naxçıvan, Azərbaycan


10 fevral 2024, 14:20
Hörmətli cənab Prezident!
Sizi bir dünya Lideri olaraq 7 fevral 2024-cu ildə Azərbaycan xalqı tərəfindən yekdilliklə və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.
Bu seçkilər dünyaya növbəti Azərbaycan nümunəsini təqdim etdi. Seçkilərin şəffaf keçirilməsi, xalqın öz iradəsini sərbəst ifadə etməsi, öz liderini azad və demokratik yolla seçməsi və qələbəsini təm-təraqla qeyd etməsi görüb-götürüləsi məqamlardır.
Hörmətli cənab Prezident, qoy, uca Tanrı Sizin simanızda doğma Azərbaycanımıza yeni qələbələr və xoş günlər nəsib etsin.
Hörmətlə,
Səfər Əhmədov
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.