Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi F.N.Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size
08 oktyabr 2012, 18:20
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini rəhbər tutaraq qərara alıram:
Fikrət Nağı oğlu Babayevin öz ərizəsinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi səlahiyyətlərinə xitam verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 oktyabr 2012-ci il.