Qəhrəman Şirinovdan, Füzuli, Azərbaycan
Text size


10 fevral 2024, 11:41
Hörmətli cənab Prezident,
2024-cü ilin fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi ailəm adından səmimi-qəlbdən təbrik edirəm.
Ölkəmiz və xalqımız üçün gördüyünüz bütün işlərə, əldə etdiyimiz tarixi nailiyyətlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz çox xoşbəxtik ki, Sizin kimi Prezidentimiz var.
Cənab Prezident, Uca Allahdan Sizə dünyanın ən gözəl neməti olan cansağlığı arzulayırıq.
Ulu Tanrı Sizi hifz etsin!
Hörmətlə,
Qəhrəman Şirinov.
Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz kəndi.