logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverdən

Text size icon-size icon-size

09 fevral 2024, 18:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezidentim.

Azərbaycanda keçirilən prezident seçkilərində qazandığınız böyük qələbə münasibətilə Mərmərə Qrupu Vəqfi olaraq Zati-alinizi Türkiyənin vətəndaş cəmiyyəti adından təbrik edirik.

Bu seçkilər müəllifi olduğunuz Qarabağ dastanından sonra yeni bir demokratiya dastanıdır.

Biz bu seçkilərə əhəmiyyət veririk. Çünki Azərbaycan üçün önəmli olan bu seçkilər həm də Türk dünyası üçün mühüm sabitlik, həmrəylik və birlik nümunəsi oldu.

Zati-alinizi bir daha təbrik edirik.

Ən dərin hörmətlə,

 

Akkan Suver

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi