Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoydan
09 fevral 2024, 12:06
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm İlham Heydər oğlu.
Dövlətlərarası Aviasiya Komitəsinin adından və şəxsən öz adımdan növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimizi qəbul edin.
Bu qələbə Azərbaycan xalqının Sizə, siyasi sabitlik və sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirdiyiniz kursa olan sonsuz etimadının göstəricisidir. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası dünyada ən mütərəqqi dövlətlərdən birinə çevrilib.
İcazə verin, Sizə yeni-yeni uğurlar və Azərbaycan Respublikasının inkişafı naminə ali dövləti fəaliyyətinizdə daha böyük nailiyyətlər arzulayım.
Dərin hörmətlə,
Oleq Storçevoy
Dövlətlərarası Aviasiya Komitəsinin sədri