logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevdən

Text size icon-size icon-size

08 fevral 2024, 18:57

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Seçkilərin yüksək nəticələri Sizin rəhbərliyinizlə aparılan, başlıca məqsədi Azərbaycanın birliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsi, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sülhün və təhlükəsizliyin, ölkədə millətlərarası və konfessiyalararası münasibətlərin gücləndirilməsi olan düşünülmüş siyasi və iqtisadi dövlət kursuna ümumxalq dəstəyini bütün aşkarlığı ilə göstərdi.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsində müvəffəqiyyətlər, Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

Ruslan Auşev

Rusiya Federasiyası İnquşetiya Respublikasının birinci Prezidenti, Sovet İttifaqı Qəhrəmanı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi